AZ

Torpaqlarımız talananda Qərb Ermənistanın yanında idi

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənistan on illər Azərbaycan ərazilərini sözün bütün mənalarında istismar və talan edərkən onun yanında Qərbin və Avropanın dünyaya demokratiya, insan haqları dərsi keçən ölkələri var idi. Bu idi Ermənistana güc verən, işğalına haqq qazandıran. Azərbaycan torpaqlarında Qərb şirkətlərinin fəaliyyətini, milli sərvətlərini talanmasında iştirak etmələrinin mahiyyətini isə artıq Ukraynanın təbii sərvətləri üzərində oynanılan Qərb oyunlarından daha dəqiq anlamaq olur.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"İndi daha da aydın olur ki, niyə Qərbin və Avropanın şirkətləri Azərbaycanın təbii sərvətlərinə belə daraşıb talayırlarmış. Çünki onlar üçün heç bir hüquq normaları olmayıb. Onlar üçün ancaq şəxsi qazanc və mənfəətləri mövcud olub. Bu, əslində, Ermənistanın müdafiəsi məsələsi də olmayıb. Azərbaycan əsgərinin gəlməsi ilə heç nəyə baxmadan qaçıb gedən həmin şirkətlər özlərini ən axırıncı varlıqlar kimi aparıblar.

Ermənistanı yarı yolda qoyduqları kimi erməni toplumunun ümidlərini də talan etdikləri mədənlərin dərinliklərinə ataraq bir daha çıxmamaq şərtilə gediblər. Onların bu əməllərinə bu günə kimi hər hansı tədbir görülməməsi isə beynəlxalq hüququn da sözdən başqa bir şey olmadığını göstərir".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
icma.az

1Mənbələr