AZ

Tovuzda ağır qəza: “Opel” ağaca çırpılıb su arxına düşdü – Xəsarət alan var – FOTO

Tovuzda yol nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Əlimərdanlı kəndində baş verib.

77 – EN -971 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın ilk olaraq ağaca çırpılıb, daha sonra isə yol kənarındakı su arxına düşüb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
47
1
bizim.media

2Mənbələr