AZ

Bayramqabağı qızıl qiymətləri bahalaşacaq?

Bakı.Trend:

Bayram ərəfəsində qızıl bazarında vəziyyət əsasən qlobal qiymətdəyişiklikləri və mövsümi tələbat amilləri ilə müəyyən olunur.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətininsədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, son dövrlərdə beynəlxalq bazarlarda qiymətlimetalların, xüsusilə qızılın qiymətində ciddi artım müşahidə edilirki, bu da yerli bazara birbaşa təsir göstərir.

"Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 4400ABŞ dolları ətrafında formalaşıb və bu amil daxili bazarda qızılməmulatlarının satış qiymətlərinin artmasına səbəb olub. Ümumilikdəbazarda hərəkətlilik var, satıcılar bayram mövsümünə uyğun olaraqçeşidi artırır və tələbatı qarşılamağa çalışırlar",-deyə obildirib.

R.Əmircanov vurğulayıb ki, hazırda qızıl məmulatlarınınqiymətlərində artım açıq şəkildə müşahidə olunur. Bu artım əsasənbeynəlxalq bazarlarda qızılın dəyərinin yüksəlməsi iləbağlıdır.

"Yerli bazarda qiymətlər dünya bazarındakı tendensiyalara uyğunformalaşır və mövcud şəraitdə qiymətlərin qısa müddətdə aşağıdüşəcəyi gözlənilmir. Qiymətli metal bazarındakı bu artım yalnızqızılla məhdudlaşmır - hazırda gümüşün bir unsiyasının qiymətitəxminən 70 ABŞ dolları civarındadır ki, bu da əvvəlki dövrlərləmüqayisədə yüksək göstəricidir. Hazırda alıcıların ümumi sayısabitdir, lakin istehlakçı davranışında müəyyən dəyişikliklərmüşahidə olunur".

İqtisadçı bildirib ki, qızılın qiymətinin yüksək olmasıalıcıların bir hissəsinin daha çox büdcələrinə uyğun, çəkisi azolan məmulatlara üstünlük verməsinə səbəb olur.

"Eyni zamanda, qiymət artımı fonunda bəzi alıcılar alternativolaraq gümüş məmulatlarına yönəlirlər. Təcrübə göstərir ki, Yeni ilvə digər bayramlar ərəfəsində qızıl və digər qiymətli metallaratələbat adətən artır. Bu il də bayrama yaxın günlərdə bazardacanlanma və satışların artması gözlənilir",-deyə o əlavə edib.

Seçilən
55
4
az.trend.az

5Mənbələr