AZ

Arda Gülerin qız oxşarı TAPILDI - FOTOlar

Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Gülerə diqqətçəkən bənzərliyi ilə tanınan gənc qız sosial şəbəkələrdə qısa zamanda gündəm olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan foto bir çox istifadəçi tərəfindən süni intellekt vasitəsilə yaradılmış görüntü kimi qiymətləndirilib. Lakin yaranan müzakirələrdən sonra Kübranur Akkurt adlı gənc qız məsələ ilə bağlı açıqlama verib.

Arda Gülerin üz cizgilərinə və mimikalarına olan oxşarlığı ilə maraq doğuran Kübranur görüntünün tamamilə real olduğunu bildirib. O, paylaşdığı açıqlamada fotonun süni intellektlə hazırlanmadığını xüsusi olaraq vurğulayıb:

"Mən süni intellekt deyiləm. Göstərilən marağa görə hər kəsə təşəkkür edirəm."

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
30
1
milli.az

2Mənbələr