AZ

Rüşvət almaqda təqsirləndirilən şəxs yenidən məhkəmə qarşısında

Külli miqdarda rüşvət almada təqsirləndirilən Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Ali Məhkəmədə araşdırılır.


Qeyd: Keçmiş hakim E.Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.


İş üzrə toplanmış ilkin sübutlar əsasında E.Əhmədov şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.


O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Kamal Məmmədov 









 

Tarix: 26 Dekabr 2025, 09:48   
Seçilən
30
pravda.az

1Mənbələr