Bu gün mərhum Xalq artisti Nuriyyə Əhmədovanın oğum günüdür. Onun anadan olmasından 75 il ötür.
Nuriyyə Əhmədova 1950-ci il dekabrın 26-da Bakıda doğulub.
1970-1974-cü illərdə M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb. İlk dəfə sənət fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
2007-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. "Yuxu", "Ölsəm... bağışla", "Ömrün yolları", "Özgə ömür", "Sahilsiz gecə", "Söhbətül-əsmar", "Su bulandıranlar", "Süd dişinin ağrısı", "Sükut pozuntusu", "Şahid qız", "Şirbalanın məhəbbəti", "Təhminə", "Tək olanda qorxma...", "Telefon macəraları", "Təxribat", "Tutuquşu", "Ümid", "Vərdiş" "Bəxt üzüyü", və başqa filmlərdə rol alıb.
2014-cü ilin sentyabrında aktrisanın xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Əli İslamzadə vəfat edib. Bu, onun ikinci övlad itkisidir. Ondan bir az əvəl aktisanın qızı faciəvi şəkildə həyat yoldaşı tərəfindən öldürülüb.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə ürək tutmasından Bakıda vəfat edib. Aktrisa vəsiyyətinə əuyğun Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.