AZ

Kiçik ölkə ərzaq məhsulları ilə özünü tam təmin edir

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünyada özünü bütün əsas ərzaq məhsulları ilə tam təmin edə bilən yeganə ölkə Qayanadır. Cənubi Amerikanın şimalında yerləşən bu kiçik ölkə ona məxsus olan məhdud resurslardan tam səmərəli istifadə etməklə, qlobal böhranlar fonunda belə, öz ərzaq müstəqilliyini təmin edə bilib.

Reyting.az xəbər verir ki, "Nature Food" tərəfindən yayılan hesabata və BBC telekanalının məlumatına görə, ərazisinin 85 faizi cəngəlliklərlə örtülü olsa da, Qayana kənd təsərrüfatını dar sahil zolağında intensiv və regenerativ üsullarla inkişaf etdirir.

Ekspertlər bildiriblər ki, son illər kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar sayəsində Qayanada qarışıq əkinlər məhsuldarlığı 20-50 faiz artıb.

Məlumata görə, heyvandarlığın inteqrasiyasına, kimyəvi maddələrin azaldılmasına xüsusi diqqət yetirilməsi səbəbindən ölkə ərazilərində ciddi şəkildə qorunan torpağın münbitliyi yüksək səviyyədədir.

Qeyd olunur ki, 2015-ci ildən bu ölkədə fəaliyyət göstərən və neft kəşfiyyatı aparan ABŞ-nın enerji şirkəti "Exxon Mobil" tərəfindən aşkar edilmiş neft yataqları yeni bir mərhələ açmaqla, Qayanada iqtisadi uğur effekti yaradıb. Mütəxəssislər Qayana neft ehtiyatlarının 11-17 milyard barel olduğunu bildiriblər.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının ötən il təqdim etdiyi hesabat məruzəsində də Qayana Kooperativ Respublikası bir sıra nöqsanları, uğurları ilə yanaşı "ehtiyaclarını təmin edən" ölkə kimi xarakterizə olunub.

Statistikaya əsasən, 2019-2023-cü illərdə Qayanada Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 184 faiz olub. Sonrakı illərdə isə adambaşına düşən ÜDM 6 477 dollardan 18 199 dollara yüksəlib.

Bu ölkənin infrastrukturunun inkişafında Çin, Hindistan, Avropa İttifaqı və ABŞ şirkətləri daha fəaldırlar.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
reyting.az

1Mənbələr