AZ

Suriyada yeni pul vahidi dövrü başlayır

Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasriya yeni Suriya pul vahidinin dövriyyəyə buraxılacağını açıqlayıb.

FED.az xəbər verir ki, yeni pul vahidi ilə bağlı detalların 28 dekabr 2025-ci il tarixində paylaşılması gözlənilir.

Hasriya sosial media hesabında etdiyi paylaşımda, yeni pul vahidinin tədavülə buraxılmasına dair 2025-ci il tarixli və 293 saylı fərmanın dərc edildiyini elan edib.

Yeni pul vahidinin Suriyada iqtisadi və monetar sahədə yeni bir dövrün başlanğıcını simvolizə edən mühüm milli dönüş nöqtəsi olduğunu qeyd edən Hasriya, prosesin ölkə iqtisadiyyatı baxımından əhəmiyyətinə diqqət çəkib.

Mərkəzi Bankın sədri Hasriya mövzu ilə bağlı aşağıdakı fikirləri səsləndirib:

“Yeni Suriya pul vahidi azadlıqdan sonrakı maliyyə suverenliyimizin bir rəmzini təmsil edir və Suriya Mərkəzi Bankının rəhbərliyi altında, hamının əməkdaşlığı ilə qurulan yeni mərhələnin başlanğıcına işarə edir. Bu, azadlıqdan bəri əldə olunan nailiyyətlərə əlavə olunan milli bir uğur olacaq, sabitliyə və iqtisadi dirçəlişə doğru atılmış möhkəm bir addım sayılacaq.”

Hasriya yeni pul vahidi ilə bağlı detalların 28 dekabr tarixində keçiriləcək iclasda ictimaiyyətə açıqlanacağını da bildirib. (Marja)

Seçilən
30
1
fed.az

2Mənbələr