AZ

Rəhbər şəxs şirkətini satdı - İşçiləri milyonçu oldu (FOTO)

COVID-19 pandemiyası dövründə satışlarını təxminən 400 faiz artıraraq sürətlə böyüyən ABŞ mərkəzli "Fibrebond" şirkəti əməkdaşlarının sevincinə səbəb ola biləcək addım atıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin sahibi Graham Walker şirkətini satıb.  O, satışdan əldə olunan gəlirin 15 faizinin işçilərlə bölüşdürülməsi qərarını verərək, 540 əməkdaşa ümumilikdə 240 milyon dollar ödənilməsini təmin edib. 

Məlumata görə, "Fibrebond"un enerji idarəetmə şirkəti "Eatona" 1,7 milyard dollara satılması prosesində Graham Walker diqqətçəkən bir şərt irəli sürüb, o, satış gəlirinin 15 faizi əməkdaşlara paylanmasını tələb edib. 

Bu qərar əsasında 540 tam ştatlı işçi üçün 240 milyon dollarlıq yardım fondu yaradılıb. Nəticədə, hər bir işçiyə düşən orta məbləğ 443 min dollar təşkil edib.

Məbləğin ödənişi əməkdaşların şirkətdə ən azı beş il çalışması şərti ilə mərhələli şəkildə həyata keçiriləcək. Uzun illərdir şirkətdə çalışan işçilər isə daha yüksək məbləğlər əldə etmək hüququ qazanıb. İlk ödənişlər iyun ayında başlanıb.

"Fibrebond"un əsas yüksəlişi COVID-19 pandemiyası ilə başlayıb. Məlumat mərkəzləri və enerji infrastrukturu sahəsində tələbin kəskin artması şirkətin son beş ildə təxminən 400 faiz böyüməsinə səbəb olub. Məhz bu sürətli inkişaf satış qərarının və işçilərə böyük məbləğdə ödənişin əsasını təşkil edib.  

Home - Fibrebond

Əməkdaşlar aldıqları vəsaiti ev və avtomobil kreditlərini bağlamaq, təhsil xərclərini qarşılamaq və pensiya planları qurmaq üçün istifadə ediblər.

Walker bildirib ki, əməkdaşlara 15 faiz pay verilməsinin xüsusi bir hesablaması yoxdur. Onun sözlərinə görə, ailəsi satışdan 1 milyard dollardan çox gəlir əldə edəcək, lakin işçilərə paylanan təxminən dörddə bir milyard dolların ədalətli olduğunu düşünür.

"Fibrebond" 1982-ci ildə Claud Walker tərəfindən qurulub. 1998-ci ildə fabrikin yanması şirkət üçün ciddi böhran yaradıb. Həmin dövrdə maaşlar ödənməsə də əməkdaşlar  işə davam edib. 

Fibrebond Power Brochure - Fibrebond

2000-ci illərin əvvəllərində müştəri sayı üçə qədər azalan şirkət, Graham Walker və qardaşının rəhbərliyə qoşulması ilə yenidən strukturlaşdırılıb. 2013-cü ildə yaradılan "Fibrebond Power" bölməsi və Covid-19 sonrası artan tələbat şirkəti bugünkü dəyərinə çatdırıb.

Graham Walker 31 dekabr tarixindən etibarən vəzifəsindən ayrılacağını da açıqlayıb.

Gülayə Mecid 

Seçilən
82
1
unikal.az

2Mənbələr