AZ

Çində kömür mədənində qəza: Ölənlər var

Çində, Yunnan əyalətində yerləşən bir kömür mədənində faciəvi bir qəza baş verib. Vətəninfo.az xəbər verir ki, hadisə,  Çençjou əyalətindəki “Dian” mədənində baş verib. Mədən sahəsindəki kömür təbəqəsi və qazların sızması nəticəsində böyük bir qəza yaşanıb.

Rəsmi məlumatlara görə, qəza nəticəsində dörd nəfər həyatını itirib, daha üç nəfər isə itkin düşüb. Hazırda təcili yardım və axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasetmə qrupları hadisə yerində işlərini sürətləndirməkdədir.

Sinxua agentliyinin məlumatına görə, hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Mədən təhlükəsizliyi ilə bağlı məsələlər ön plana çıxacaq.

Seçilən
79
veteninfo.az

1Mənbələr