AZ

Gözlə görünmür, iyi də yoxdur - Amma, öldürür - Evində kombi olanlar, diqqət!

"Heçnə hiss etmirsən, ruhun da incimir, amma..."

Milli.Az xəbər verir ki, kombi düzgün quraşdırılmadıqda və qazı normal yanmadıqda karbon monoksid adlı qaz ətrafa yayılır. Hansı ki, bu qazın nə iyi var, nə rəngi. O, qapalı məkanda ölümə səbəb olur.

Bu hal əsasən texniki nasazlıq, baca problemləri və düzgün quraşdırılmama zamanı baş verir. Normal işləyən kombilər isə bu qazı yaşayış sahəsinə buraxmamalıdır.

Qazla işləyən kombilərdə yanma prosesi gedir. Yanma düzgün baş vermədikdə karbon monoksid adlı zəhərli qaz yaranır. Standartlara uyğun quraşdırılmış və saz vəziyyətdə olan kombilərdə bu qaz baca vasitəsilə açıq havaya ötürülür. Lakin baca tutulduqda, hava çəkilişi zəif olduqda və ya cihaz köhnə olduqda karbon monoksid evin daxilinə yayıla bilər.

Karbon monoksid rəngsiz və qoxusuz qaz olduğu üçün insanlar onu hiss etmir. Bu da təhlükəni daha da artırır. Uzun müddət bu qazın təsirinə məruz qalmaq halsızlıq, başgicəllənmə və digər ciddi sağlamlıq riskləri yarada bilər.

Mütəxəssislər əhaliyə kombilərə mütəmadi texniki baxım etdirməyi, baca və havalandırma sistemlərini nəzarətdə saxlamağı tövsiyə edirlər. Xüsusilə qış mövsümündə kombilərin yoxlanılması təhlükəsizlik baxımından vacib sayılır.

Kombi normal şəraitdə karbon monoksid yaymır. Təhlükə əsasən nasazlıq və qaydalara əməl olunmadıqda yaranır. Bu səbəbdən kombidən istifadə zamanı təhlükəsizlik tələblərinə riayət edilməsi həyati əhəmiyyət daşıyır.

İsmayıl
Milli.Az

Seçilən
22
1
milli.az

2Mənbələr