AZ

Suriya yeni milli valyuta BURAXILACAQ

Ajans.az xəbər verir ki,bu barədə Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Həsriyyə məlumat verib. Onun sözlərinə görə, tənzimləyici qurum yeni milli valyutanın rəsmi tətbiqini nəzərdə tutan müvafiq fərmanı artıq imzalayıb. Mərkəzi Bank rəhbəri bildirib ki, yeni valyuta ölkənin azad edilməsindən sonra əldə olunan maliyyə müstəqilliyinin rəmzi kimi qiymətləndirilir. O vurğulayıb ki, bu addım Mərkəzi Bankın himayəsi altında bütün aidiyyəti tərəflərin sıx əməkdaşlığına əsaslanan yeni bir iqtisadi dövrün başlanğıcını ifadə edir. Qeyd edək ki, yeni valyutanın tətbiqi Suriyada pul-kredit siyasətinin möhkəmləndirilməsi və iqtisadi sabitliyin bərpası istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir.

 

Seçilən
27
Ajans.az

1Mənbələr