AZ

Mədə xərçəngi riskini erkən aşkarlayan süni intellektyaradıldı

Rusiyada mədənin xərçəngönü vəziyyəti sayılan atrofik qastritin sürətli və dəqiq diaqnostikası üçün süni intellektə əsaslanan yeni rəqəmsal sistem hazırlanıb. Məlumata görə, bu texnologiya xəstəliyin aşkarlanma prosesini təxminən beş dəfə sürətləndirir və 96 faizə qədər dəqiqliklə nəticə verir.

Redaktor.az bu barədə Rusiya KİV-ə istinadla xəbər verir.

Yeni alqoritm “Beeline” şirkəti ilə Seçenov Universitetinin birgə yaratdığı “MedTex İİ” müəssisəsinin mütəxəssisləri tərəfindən hazırlanıb. Sistem mədənin selikli qişasından götürülən rəqəmsal mikronümunələri analiz edir, xəstəliyin mərhələsini müəyyənləşdirir və patoloji sahələri aşkar edir.

Mütəxəssislərin sözlərinə görə, “rəqəmsal patolog” adlandırılan bu texnologiyanın tətbiqi laboratoriya müayinələrinin avtomatlaşdırılmasına, diaqnostikanın daha sürətli və obyektiv aparılmasına imkan yaradır. Bu isə mədə xərçənginin erkən mərhələdə aşkarlanmasına və vaxtında müalicə tədbirlərinin görülməsinə şərait yaradır.

Seçenov Universitetinin Klinik Morfologiya və Rəqəmsal Patologiya İnstitutunun direktoru Tatyana Demuranın bildirdiyinə görə, erkən diaqnostika pasiyentlərin vaxtında nəzarətə götürülməsinə, müalicənin başlanmasına və onkoloji risklərin azaldılmasına kömək edir. Əgər şiş formalaşarsa, onu ilkin mərhələdə aradan qaldırmaq və pasiyentin həyatını xilas etmək mümkün olur.

Nuriyyə NATİQQIZI

Seçilən
48
1
redaktor.az

2Mənbələr