AZ

ChatGPT elmi işlərin dəyərini aşağı salır

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"ChatGPT" elmi nəşrlərin sayını artırsa da, keyfiyyət risk altına düşüb.

Reyting.az xəbər verir ki, Kornell və Kaliforniyada fəaliyyət göstərən Berkeley universitetlərinin birgə araşdırmalarına görə, son zamanlar böyük dil modellərindən, xüsusilə də "ChatGPT"-dən yararlanan alimlər daha çox məqalə dərc etsələr də, ənənəvi keyfiyyət göstəriciləri etibarlılığını itirir.

2018-2024-cü illərdə 2,1 milyon elmi işin təhlili göstərib ki, ümumi məhsuldarlıq xüsusilə sosial və humanitar elmlərdə 60 faiz artıb.

Biologiya sahəsindəki artım 52,9 faiz, fizika və riyaziyyatda isə 36,2 faiz olub.

Qeyd olunur ki, süni intellekt təsiri qeyri-ingilisdilli ölkələrdə daha güclü hiss edilib, hətta bəzi hallarda bu üsullarla yazılmış elmi nəşrlərin sayı 89 faiz yüksəlib və nəticədə dil baryeri xeyli zəifləyib.

Amerikalı tədqiqatçıların müasir dünyanın elm mərkəzlərinə, alimlərinə ünvanladıqları müraciət xarakterli xəbərdarlıqda deyilir ki, süni intellektin köməyi sayəsində yazılmış, ilk baxışdan da "ağıllı" görsənən mürəkkəb akademik dil keyfiyyət göstəricisi sayılmır.

Araşdırılan çoxsaylı elmi nümunə və aparılan analizlərin nəticələri göstərib ki, mətn nə qədər "parlaq"dırsa, həmin işin real elmi dəyəri də bir o qədər aşağıdır.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
reyting.az

1Mənbələr