AZ

Azərbaycanda "American Express" kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin noyabr ayının sonunadək Azərbaycanda rezident maliyyətəşkilatları tərəfindən buraxılmış "American Express" kartları(eləcə də statistik vahid üzrə ödəniş kartları) ilə aparılanəməliyyatların sayı 5,4 min, əməliyyatların həcmi isə 700 min manattəşkil edib.

Bu barədə Trend-əAzərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə "AmericanExpress" kartları ilə aparılan əməliyyatların sayı 979,2 min və ya99,5 faiz, əməliyyatların həcmi isə 25,4 milyon manat və ya 97,3faiz azalıb.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindənburaxılmış "American Express" kartları ilə aparılan əməliyyatlarınsayı 1,5 milyon, əməliyyatların həcmi isə 800 min manat olub.

Qeyd etmək lazımdır ki, rezident maliyyə təşkilatları tərəfindənburaxılmış ödəniş kartları üzrə əməliyyatların həcmi və sayı ölkəərazisində fəaliyyət göstərən yerli banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış ödəniş kartlarından istifadə etməklə həyatakeçirilmiş ümumi əməliyyatların həcminə və sayına daxildir.

Məqalədə:
Seçilən
88
1
az.trend.az

2Mənbələr