AZ

ADAU da elmi müsabiqə keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncə, 26 dekabr, Elcan Məmmədov. AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Bağçılıq kafedrasında Tələbə Elmi Cəmiyyəti (TEC) və ADAU-nun Aqrar Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Qüvvət elmdə olsa da, onu çiyinlərində daşıyanlar var...” mövzusunda elmi müsabiqə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin əsas məqsədi tələbələrdə müstəqil və yaradıcı düşünmə bacarıqlarının, kommunikasiya vərdişlərinin, idarəetmə və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi olub. Tədbirdə universitetin müxtəlif kurslarında təhsil alan, idarəçilik və rəhbər vəzifələrə maraq göstərən tələbələr fəal iştirak ediblər.

Müsabiqə iki istiqamət üzrə təşkil olunub. Birinci istiqamətdə bağçılıq-tərəvəzçilik və üzümçülük sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin respublikanın inkişafında rolu, həmçinin kadr hazırlığında xidmətləri ilə seçilən alimlərin həyat və fəaliyyətinə həsr olunmuş məqalələr təqdim edilib. Tələbələr akademik Əhməd Rəcəbli, professorlar Cəbrayıl Əliyev, Mail Amanov, Nadir Hüseynov, Şikar Əliyev, eləcə də Əliqulu Nərimanov, Zaur Həsənov və Famil Şərifovun elmə verdikləri töhfələrdən, kadr hazırlığındakı zəhmətlərindən və şəxsi xatirələrindən bəhs ediblər. Təqdimatlar foto-slaydlarla müşayiət olunub, bununla da kafedranın zəngin elmi keçmişi tələbə auditoriyasına çatdırılıb. Məruzəçilər təşəkkürnamələrlə təltif olunublar.

İkinci istiqamət tələbələrin müstəqil şəkildə apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunub. Bu çərçivədə Nigar Salahova “Zeytun bitkisinin vegetativ üsulla artırılması”, Qumru Quliyeva “İqlim dəyişmələri zamanı fəsadlar və onların qarşısının alınması yolları”, Nihad Mürvətov “Təlim ehtiyaclarının müəyyən edilməsi”, Fatma Aslanova “GZİT təhlil”, Sədaqət İbrahimova “İnterkroppinq tərəvəzçilikdə”, Bayram Süleymanov isə “Rəqəmsal və ağıllı aqrar xidmətlər” mövzularında çıxış ediblər.

Müsabiqə Komissiyasının qərarı ilə birinci yerə Bayram Süleymanov layiq görülüb və ona müsabiqənin plaketi təqdim olunub. Digər iştirakçılara sertifikatlar verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
1
azertag.az

2Mənbələr