Olaylar.az xəbər verir ki, sərnişinlərə əlavə üstünlüklər təqdim edən yeni sistem sayəsində artıq nağd pul və ya fiziki "BakıKart"ın daşınmasına ehtiyac qalmır. İctimai nəqliyyat istifadəçiləri telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş edə bilirlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.
Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli yerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadə etməlidirlər.
NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31