ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiya və ABŞ Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) birgə idarə olunması ilə bağlı müzakirələr aparır.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bunu Vladimir Putin Rusiya biznes nümayəndələri ilə görüşündə deyib.
O həmçinin bildirib ki, ABŞ Zaporojye Atom Elektrik Stansiyasına kriptovalyuta hasilatı müəssisəsi kimi maraq göstərir. Putin əlavə edib ki, Ukrayna ZAES-in idarə olunmasında iştirak etməyəcək. Lakin Kreml başçısı əlavə edib ki, ABŞ-nin təşəbbüsü ilə işğal olunmuş ZAES-dən Ukraynaya da elektrik enerjisi tədarükü imkanı nəzərdən keçirilir.
Onun dediyinə görə, ukraynalı mütəxəssislər Zaporojye AES-də işləməyə davam edirlər, lakin onların hamısı Rusiya pasportu alıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski isə son açıqlamasında ABŞ-nin Zaporojye AES-in Ukrayna, ABŞ və Rusiya tərəfindən 33%/33%/33% nisbətində birgə idarə olunmasını təklif etdiyini deyib. Lakin Kiyev ABŞ-yə təklif edir ki, istehsal olunan elektrik enerjisinin 50%-i Ukraynaya verilsin, qalan 50%-in paylanmasını isə ABŞ özü müəyyən etsin. Zelenski onu da qeyd edib ki, Zaporojye AES Kaxovka Su Elektrik Stansiyasının bəndinin bərpası olmadan normal işləyə bilməyəcək və buna 2 milyard dollar lazımdır.
Qeyd edək ki, hələ 2022-ci ilin mart ayında Rusiya işğalçı qüvvələri Dneprin sol sahilində, Enerqodar şəhərində yerləşən Zaporojye AES-i nəzarətə götürüblər.
C.Məmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.