ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Azərbaycan qərb bölgəsinə qar yağıb.
"Unikal"ın məlumatına görə, gecə saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib. Göygöl, Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb. Həmçinin Gəncə şəhərində sulu qar yağıb. Havanın yağıntılı keçməsinə baxmayaraq, rayonlarda təbii qazın və elektrik enerjisinin verilməsində heç bir problem yaranmayıb.
Qeyd edək ki, temperaturun aşağı düşməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad olmayıb
Tural Əhmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.