AZ

Rəcəb Tayyib Ərdoğan Murat Kurumu COP31 prezidenti təyin etdi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən COP31 prezidenti təyin edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Murat Kurum "X" hesabında açıqlama yayıb.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qərarı ilə COP prezidenti təyin olunmaqdan şərəf duyuram. COP31-ə ev sahibliyi etməklə Türkiyə qlobal iqlim siyasətində həlledici mövqeyə yüksəlib. İqlim dəyişikliyi ilə mübarizədə istiqaməti müəyyən edən bir aktora çevrilib", - deyə nazir qeyd edib.

Murat Kurum bu vacib vəzifədən Türkiyənin xeyrinə istifadə edəcəklərini vurğulayıb:

"İnanıram ki, ölkəmiz öz siyasəti, idarəçiləri, vətəndaş cəmiyyəti və 86 milyonluq əhalisi ilə bu tarixi fürsətdən məzlum bölgələrin və dünyamızın xeyrinə istifadə edəcək. COP31 sədrliyimiz ölkəmiz, millətimiz və dünyamız üçün xeyirli olsun".

Sayın Cumhurbaşkanımız Recep Tayyip Erdoğan’ın kararıyla COP Başkanı olarak atanmaktan onur duydum. COP31 ev sahipliğiyle Türkiye, küresel iklim siyasetini belirleyici bir mertebeye yükselmiştir. İklim değişikliğiyle mücadelede istikamet çizen bir aktör olmuştur. Ben…

— Murat KURUM (@murat_kurum) December 26, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
oxu.az

1Mənbələr