AZ

WUF13 Bakıda qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olacaq - Əməliyyat şirkəti

Bakı. Trend:

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma ForumununOn üçüncü sessiyası (WUF13) sessiyası qlobal şəhərsalmagündəliyinin mühüm mərhələsi olacaq.

Trend xəbərverir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin MediaƏlaqələri üzrə Meneceri Eldar Rəsulov şirkətin Bakıda yerləşən başofisini ziyarət edən jurnalistlərə açıqlamasında məlumat verib.

O, həmçinin qeyd edib ki, bu sessiya, dayanıqlı şəhər inkişafısahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıltəcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalqtədbir olacaq.

"Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionundakeçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı,ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir.Əvvəlki WUF tədbirlərindən fərqli olaraq, Forum çoxsaylı dövlət vəhökumət başçılarının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumunəsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxrontərcümə ilə təmin ediləcək.", - E. Rasulov bildirib.

Onun sözlərinə görə, formun 13-cü sessiyasının təşkilatı yüksəksəviyyədə təşkili məqsədilə WUF13 Əməliyyat Şirkəti 2025-ci iliyunun 30-da fəaliyyətə başlayıb. Həmçinin qısa müddət ərzindəinstitusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması,əməliyyatların idarə olunması, nəqliyyat, marketinq vəkommunikasiya kimi sahələr üzrə kompleks işlər həyatakeçirilib.

"Bu miqyasda tədbirin uğurla təşkili üçün peşəkar heyətinformalaşdırılması əsas prioritetlərdən biridir. Hazırda 300 nəfərəyaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Cəlb olunanəməkdaşların əksəriyyəti beynəlxalq tədbirlərin təşkili üzrətəcrübəyə malik peşəkar mütəxəssislərdir.", - deyə E. Rasulov qeydedib.

Onun sözlərinə görə, forumun uğurla keçirilməsində könüllülərinböyük rolu var. Bu məqsədlə Könüllülər Mərkəzi yaradılıb vəqeydiyyat dövründə 16 min müraciət qeydə alınıb. Təlimdən uğurlakeçən 2500 könüllü tədbirin müxtəlif sahələrində fəaliyyətgöstərəcək.

"Tədbirin məkanı olaraq Bakı Olimpiya Stadionu seçilib vəhazırda tədbirin geniş miqyasına uyğun infrastruktur hazırlanır.Tikinti işlərinə artıq start verilib.

Forumun təşkili zamanı davamlı inkişaf prinsiplərinə xüsusi önəmverilir və tədbirin ISO 20121 standartına uyğun keçirilməsi nəzərdətutulur", - deyə o qeyd edib.

E. Rasulov əlavə edib ki, stadion ərazisində 92 min kvadrat metrsahədə konfrans zalları və digər infrastruktur təşkil ediləcək.

"Forum çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisində 35min kvadratmetr sahədə ölkələr, şəhərlər, bələdiyyələr, regionalqurumlar, BMT təşkilatları, akademik institutlar, beynəlxalqmaliyyə və vətəndaş cəmiyyəti təşkilatları, fondlar və özəlşirkətlər iştirak edə biləcəklər", - deyə o bildirib.

Onun sözlərinə görə, forum zamanı iştirakçıların tədbir yerinərahat çatmasını təmin etmək üçün nəqliyyat məsələlərinə xüsusidiqqət yetiriləcək.

"Nəqliyyat Mübadilə Mərkəzlərinin Baş Planı hazırlanıb və 11nəqliyyat hub-ı müəyyən edilib. Marşrutların Heydər ƏliyevBeynəlxalq Hava Limanı, otellər, şəhər mərkəzləri və Bakı OlimpiyaStadionu istiqamətləri üzrə xəritələnməsi işləri davam edir.", - E.Rasulov bildirib.

E. Rasulov həmçinin tədbir zamanı təhlükəsizlik məsələlərinəxüsusi diqqət yetiriləcəyini əlavə edib.

O, bildirib ki, forumun keçirilməsi, Azərbaycanın son onillikdəev sahibliyi etdiyi beynəlxalq tədbirlər nəticəsindəformalaşdırdığı yüksək təşkilati və əməliyyat potensialının davamıkimi dəyərləndirilir.

"Xüsusilə COP29 zamanı on minlərlə iştirakçının, yüzlərlə rəsminümayəndə heyətinin və beynəlxalq medianın cəlb olunduğu proseslərölkənin logistika, təhlükəsizlik, nəqliyyat, könüllülər proqramı,akkreditasiya və media əməliyyatları üzrə hazırlıq səviyyəsininümayiş etdirib və bu təcrübə WUF13 üçün möhkəm institusional bazayaradıb", - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr