AZ

Qaraçılar kişini oğurlayıb müharibəyə GÖNDƏRDİLƏR

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada bir nəfər müharibəyə göndərilmək məqsədilə qaraçılar tərəfindən oğurlanıb. 

“Cebheinfo.az” teleqam kanallarına istinadən xəbər verir ki,  o, yazda Yekaterinburq sakini şəhər ətrafına işləməyə gedib və yoxa çıxıb. Bir ay sonra o, naməlum nömrədən anasına zəng edərək cəbhədə getmək üçün müqavilə imzalamağa məcbur edildiyini bildirib.

Onun sözlərinə görə, onun suyuna bihuşdarı qatılıb, huşsuz hala salınıb və maşına mindirilib. Daha sonra Tambov bölgəsinə aparılan şəxs müqaviləni imzalamağa razı olana qədər yemək, su və tualetdən məhrum qalıb.

Daha sonra qaraçılar onu hərbi hissəyə aparıblar və bütün sənədləri imzalayana qədər girişdə gözləyiblər. Bundan əvvəl onun telefonunu, bank kartını götürüblər və oradan külli miqdarda pul yoxa çıxıb.

Yoxlama mərkəzində ona tamamilə sağlam diaqnozu qoyulub və müqaviləni öz istəyi ilə imzaladığını bildiriblər. O, bütün lazımi tibbi müayinələrdən keçib və müharibəyə yararlı kimi qiymətləndirilib.

May ayından bəri onunla əlaqə qurmaq mümkün olmur. Məlum olub ki, o, döyüş tapşırığına gedib və bir daha geri qayıtmayıb. Bundan sonra itkin düşmüş kimi qeydə alınıb. Hazırda bütün faktlarla bağlı araşdırma aparılır.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
cebheinfo.az

2Mənbələr