AZ

Putin Trampa neyrolinqvistk üsullarla təsir edir – Ukraynadan maraqlı iddia

Rusiya kəşfiyyat orqanları KQB dövründə inkişaf etdirilən Qərb liderlərinə təsir göstərmək üçün sistematik olaraq psixoloji və neyrolinqvistik metodlardan istifadə edir. Bu, ruslara, xüsusən də ABŞ prezidenti Donald Trampın davranışlarına təsir göstərməyə imkan verir.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun generalı və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj “Kyiv24”ə verdiyi şərhdə bildirib.

Onun sözlərinə görə, Putinin komandası Trampla danışıqlar zamanı qəsdən sovet texnikalarından istifadə edir, onun davranışını modelləşdirir və qərarlarını düzəldir. Bunun üçün əvvəlcə hədəfin psixoloji profilini, tam tərcümeyi-halından tutmuş müxtəlif fobiyalarına qədər öyrənirlər. Daha sonra ruslar bu "ağrılı nöqtələr" üzərində işləyirlər.

General nümunələr də göstərib:

"Bizim təsirimizdən sonra, o (Tramp) BMT Baş Assambleyasında Zelenski ilə Ukraynaya dəstək andı içəndə və bütün növ silahları, hətta Tomaqavkları da verəcəyini dedikdə, Putin iki gün sonra Trampla sözün əsl mənasında danışdı və o, Putinin tərəfini tutdu. Bu, kəşfiyyat xidmətlərinin əsl təsiridir".

“Trampın Ağ Evə qayıtdıqdan sonar Vitkoff Yaxın Şərq üzrə xüsusi elçi təyin edildi. Kit Kelloq isə Rusiya-Ukrayna münasibətlərinin nizamlanması ilə məşğul olmalı idi. Lakin Kreml tez bir zamanda rolları dəyişdirdi: Kelloq kənarlaşdırıldı və Vitkoff Rusiya ilə danışıqlara cəlb olundu. Putin şəxsi görüşlər zamanı Vitkovun Rusiyaya qarşı müsbət baxışını formalaşdırmağa çalışdı, bundan sonra Vitkoff dəfələrlə Rusiya narativlərini təkrarladı”.

Seçilən
13
herbiand.az

1Mənbələr