Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
AzPost APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cavid Hüseynlinin vəkili məhkəməyə vəsatət verib. Vəkil məhkəmə prosesinin media üçün qapalı keçirilməsini xahiş edib. O, iclasın açıq keçirilməsinin zərərçəkənlə barışıq prosesinə mane olduğunu bildirib.