AZ

Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir

Yüksək hərarət zamanı isti vanna qəbul etmək təhlükəlidir - bu, orqanizmin termorequlyasiyasını poza və ürək-damar sistemi üçün həddindən artıq gərginlik yarada bilər.

Rusiyalı həkim Ulyana Maxova TASS-a müsahibəsində bildirib ki, bu, huşunu itirmə və hətta ölümlə nəticələnə bilər.

Mütəxəssisin sözlərinə görə, isti vanna hərarəti aşağı salmaq əvəzinə artıra bilər ki, bu da fəsadlara səbəb ola bilər.

O, həmçinin xatırladıb ki, qızdırma orqanizmin təbii müdafiə mexanizmidir, lakin 38.5 dərəcədən yuxarı temperaturda onun faydaları azalır və risklər artır. Bu halda isə isti vanna yalnız immuniteti zəiflədə bilər.
Seçilən
6
1
7news.az

2Mənbələr