Rusiyada yol qəzası zamanı Amur pələngi ÖLÜB
Ajans.az xəbər verir ki, hadisə bu gün saat 18:14 radələrində A-370 Xabarovsk–Vladivostok avtomobil yolunun 24-cü kilometrliyində qeydə alınıb. Vladivostok istiqamətində sol zolaqla hərəkət edən “Nissan X-Trail” markalı avtomobilin qarşısına qəfil olaraq yolun qarşı zolağının ortasındakı maneə tərəfdən Amur pələngi çıxıb. Avtomobilin sol hissəsinin zərbəsi nəticəsində pələng qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət etdiyi zolağa atılıb. Hadisə nəticəsində pələng ölüb. Qəza zamanı ümumilikdə dörd nəqliyyat vasitəsinə ziyan dəyib. İlkin məlumatlara əsasən, insanlar arasında xəsarət alan olmayıb. Hadisə yerinə Xabarovsk diyarı Dövlət Yol Müfəttişliyinin ixtisaslaşmış yol polisi bölməsinin əməkdaşları cəlb olunub. Qəza səbəbindən sözügedən ərazidə yol hərəkətində müvəqqəti çətinliklər yaranıb. Araşdırma aparılır.