Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunan əsərlər Yeni ilin musiqili müjdəsi kimi dinləyicilərin yaddaşına həkk olunub.
Proqramda əvvəlcə Çaykovskinin bayram mövsümünün simvoluna çevrilmiş “Şelkunçik” baletindən süitası təqdim edilib.
Digər səslənən nömrə istedadlı pianoçu Cəmil Sədizadənin ifasənda Sergey Raxmaninovun piano və orkestr üçün 3 saylı d-moll konserti (op. 30) olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.