AZ

Mingəçevirdə 90 yaşlı qadın və qızı dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü qızı Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.

Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
112
5
ucnoqta.az

7Mənbələr