AZ

General: Putin Trampa KQB-nin neyrolinqvistik texnologiyaları ilə təsir edir

Rusiya xüsusi xidmət orqanları Qərb liderlərinə təsir üçün hələ KQB dövründə işlənib hazırlanmış psixoloji və neyrolinqvistik üsulları sistemli şəkildə tətbiq edir. Bunun sayəsində ruslar xüsusilə ABŞ prezidenti Donald Trampın davranışına təsir göstərməyi bacarırlar...

Poliqon xəbər verir ki, bunu "Kiyiv24" kanalına şərhində Ukrayna Silahlı Qüvvələrinin generalı, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj bildirib.

Onun sözlərinə görə, Putin komandası Trampla danışıqlar zamanı sovet dövrünün təcrübələrindən qəsdən istifadə edərək onun davranışını modelləşdirir və qəbul etdiyi qərarları dəyişdirir. Bunun üçün əvvəlcə hədəfin psixoloji portreti, tam bioqrafiyasından başlayaraq müxtəlif fobiyalarına qədər öyrənilir. Daha sonra ruslar bu "ağrılı nöqtələrə" basqı edir.

"Bizim təsirimizdən sonra, Tramp BMT Baş Assambleyasında Zelenski ilə birlikdə Ukraynaya dəstək vədləri verir və hətta "Tomahavk"lar daxil olmaqla hər cür silah təmin edəcəyini deyirdi. Və Putin Trampla sadəcə iki gün sonra danışdı və o, Putinin tərəfinə keçdi. Bu, xüsusi xidmətlərin real təsiridir", deyə general nümunə gətirir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr