AZ

La Liqa nəhəngi iki il əvvəl aldığı futbolçunu 10 dəfə ucuz qiymətə satdı

"Atletiko" sol cinah müdafiəçisi Xavi Qalanla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki,  Madrid klubu 31 yaşlı futbolçu ilə vidalaşdığını rəsmi saytı vasitəsilə elan edib. 

Klub onu "Osasuna"ya satıb. İspaniya mətbuatının məlumatına görə, "Osasuna" Qalanın transferi üçün paytaxt təmsilçisinə 500 min avro ödəyəcək. 

Xavi Qalan "Atletiko"da 56 rəsmi oyun keçirib və bu oyunlarda komanda yoldaşlarına 7 məhsuldar ötürmə edib. O, 2023-cü ildə "Atletiko"ya "Selta"dan 5 milyon avroya transfer olunmuşdu. 

"Atletiko Madrid" 18 turdan sonra La Liqanın turnir cədvəlində üçüncü yerdədir. "Osasuna" isə 12-cidir.

Seçilən
35
2
fanat.az

3Mənbələr