AZ

Vətəndaş işə getmək üçün yolda 2 saat vaxt itirdiyini sübut edirsə, o, işdən tez çıxmalıdır – Millət vəkili

Bakı. Trend:

Tıxac probleminin tam həlli üçün daha yeni istiqamətlər mütləqdüşünülməlidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarkomitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenariclasında deyib.

Komitə sədri vurğulayıb ki, hazırda Qarabağa əhalinin qayıdışıprosesi davam edir, lakin bu proses hələ bir müddət çəkəcək vəşəhərin yükünün azalması qısa zamanda mümkün olmayacaq:

“Ona görə də sürüşkən iş rejiminə keçid məsələsini Avropa vədigər ölkələrdə olduğu kimi biz də mütləq həll etməliyik. Məsələn,bəzi ölkələrdə iş saatları səhər 07:00-da başlayır və 16:00-da başaçatır. Elə sahələr var ki, onların bazar günü iş rejiminə keçməsimümkündür; banklar və digər sektorlar isə bəzi günlər işləməyəbilər. Çünki sərbəst vaxtı olan əhali bu xidmətlərdən daha rahatistifadə edə bilər.

Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularındanbiri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işləişləyirəm, 4 saat isə tıxac üçün”. Doğrudan da insanların böyükəksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geriqayıdarkən də 2 saat vaxt itirir”.

Millət vəkili bildirib ki, heç olmasa Bakının tıxac problemi tamhəll olunanadək vətəndaşların vəziyyətini yüngülləşdirmək üçünmüəyyən addımlar atılmalıdır.

“Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saatvaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazıverilməlidir. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması,həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır.

Hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir.Avtobusların hərəkəti və digər nəqliyyat məsələləritənzimlənməlidir və bu istiqamətdə müəyyən işlər görülür. Ammaxüsusilə dövlət qurumlarında çalışan vətəndaşların vəziyyətiniyüngülləşdirmək üçün əlavə addımlar atılmalıdır”, - deyə o fikriniyekunlaşıdırıb.

Seçilən
38
az.trend.az

1Mənbələr