Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son həftələrdə Türkiyə Suriya ərazisində radar sistemləri yerləşdirmək cəhdləri göstərib.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Jerusalem Post" qərb kəşfiyyat xidmətlərindəki iki mənbəyə istinadən yazıb.
Mənbələrin verdiyi məlumata görə, Türkiyə radarlarının yerləşdirilməsi İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın hava məkanındakı fəaliyyətini xeyli məhdudlaşdıra bilər. Bu sistemlər İsrail aviatsiyasının fəaliyyətini izləmək və hava zərbələrinin, eləcə də İran istiqamətində tranzit uçuşların həyata keçirilməsini çətinləşdirmək qabiliyyətinə malikdir.
Mənbələrdən biri bildirib ki, Ankara radar sistemlərini formal olaraq Suriya hərbçilərinə təhvil verməyi planlaşdırır və bunu Prezident Əhməd əş-Şaraa ordusunu gücləndirmək kimi təqdim edəcək. Bununla belə, radarların idarə olunması Türkiyə personalının əlində qalacaq ki, bu da Ankaraya kəşfiyyat məlumatlarına çıxış və üzərində nəzarət imkanı verəcək.
Xatırladaq ki, Bəşar Əsəd rejiminin devrilməsindən sonra İsrail Türkiyənin Suriyada daimi hərbi bazalar yaratmasından və pilotsuz uçuş aparatları yerləşdirməsindən ehtiyatlanaraq Suriya hərbi obyektlərinə zərbələr endirib.
Bu həftə isə gərginlik Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Müdafiə Naziri Yaşar Güler və Kəşfiyyat rəhbəri İbrahim Kalının Dəməşqə səfərindən sonra artıb. Nəşr yazır ki, Qüdsdə Ankara ilə Suriya hakimiyyəti arasındakı yaxınlaşma diqqətlə izlənir və mümkün nəticələr qiymətləndirilir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.