AZ

Valideynlərini itirmiş uşaqlarla bağlı qanunlarda dəyişiklik edilir

Bakı. Trend:

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı"valideyn himayəsindən məhrum olmuş uşaqlar" kimi təsbitediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsihaqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, "Valideynlərini itirmiş vəvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsihaqqında" Qanunda "valideynlərini itirmiş" və "valideynhimayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalarkimi müəyyən edilib.

Lakin Ailə Məcəlləsi, eləcə də "Uşaqların valideyn himayəsindənməhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsiningücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" AzərbaycanRespublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında"valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid biranlayışdan istifadə olunur.

Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, "Valideynləriniitirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosialmüdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş uşaqlar"anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimitəsbit ediləcək.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıdaqeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiqdəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
33
15
az.trend.az

10Mənbələr