ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin yerli biznes nümayəndələri ilə qapalı görüşdə onlayn ticarət platformalarının ölkədəki inflyasiyanı cilovladığını bildirib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, dekabrnın 24-də keçirilən görüşdə "marketplace"lərlə banklar arasında səngiməyən münaqişə əsas mövzulardan biri olub.
Mənbələrin məlumatına görə, Rusiya prezidenti deyib ki, "marketplace"lər inflyasiyanı azaldıb, yerli məhsulların xaric ölkələrə çıxışını asanlaşdırıb.
Görüş zamanı Putin "Wildberries" şirkətini tərifləyib və şirkətin Rusiya mallarının Efiopiyaya ixracını təşkil etdiyini vurğulayıb.
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqına rəhbərlik edən Aleksandr Şoxin də görüşdə Rusiyada fəaliyyət göstərən onlayn ticarət platformaları ilə banklar arasındakı mövcud gərginliyin müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, biznesə dostluq təklif edən V. Putin tərəfləri əməkdaşlığa və ədalətli rəqabət əsasında kompromisə çağırıb.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.