Şəbnəm Tovuzlu Xalq artisti Röya Ayxanın onu səhnədən düşürməsinə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, müğənni sosial şəbəkə izləyicilərinə müraciət edərək məsələnin yanlış təqdim olunduğunu deyib.
O bildirib ki, Röya Ayxanın bu addımı hər hansı narazılıq və ya hörmətsizliklə bağlı olmayıb:
“Mənim dəyərli sevənlərim, neçə gündür deyirsiniz ki, niyə Röya xanım sizi səhnədən düşürdü? Bəs Röya xanım nə etsin? O, başqa bir şeyə əsəbiləşmişdi. Haqlı olaraq da əsəbiləşmişdi.
Biz onu məclisə sevərək dəvət etmişdik, qızım Günel də onu çox sevir, o da həmçinin. Sadəcə o, yeni mahnısını təqdim etməli idi, səhnədə Elçin Cəfərovla ikisi olmalı idi. Əlbəttə, mən səhnədən aşağı düşəcəkdim. Niyə bunu pisə yozursunuz? O qədər gözəl anlar oldu, məclisdə sənətkarlar ifa etdi, amma bunları demirsiniz. Elə çalışırsınız ki, kimisə “vurasınız”. Etməyin! Gəlin, qəbul edək ki, ölkədə bu cür sanballı, səviyyəli ad günü keçirəm Şəbnəm Tovuzlu oldu!”
Xatırladaq ki, bir müddət əvvəl Röya Ayxan Şəbnəm Tovuzlunun doğum günündə onunla birlikdə səhnədə olarkən Elçin Cəfərov səhnəyə çıxaraq müğənnini təbrik edib. Lakin diqqəti Şəbnəm Tovuzlunun bu təbrikə saymazyana münasibət göstərməsi çəkib. Bundan sonra Röya Ayxan Şəbnəm Tovuzludan səhnəni tərk etməsini və tamaşaçılar arasında əyləşməsini istəyib.
Əsmətxanım
Telegram kanalımız