AZ

Hindistan donanması “Seahawk” helikopterlərindən ibarət ikinci eskadrilya yaradıb

Hindistan Hərbi Dəniz Qüvvələri Qoada yerləşən MH-60R Seahawk helikopterlərindən ibarət ikinci eskadrilya yaradıb.

Herbiand.az bildirir ki, ilk eskadrilya 2024-cü ilin mart ayında Kerala ştatının Koçi şəhərində yaradılıb.

Açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi, admiral Dineş K.Tripati MH60R çoxməqsədli helikopterin istifadəyə verilməsinin ölkə donanması üçün əhəmiyyətli bir mərhələ olduğunu bildirib. O qeyd edib ki, MH-60R artıq “Sindoor” əməliyyatı, TROPEX-25 və bu yaxınlarda başa çatan Tri-Services Exercise 2025 üçtərəfli manevrlər zamanı effektivliyini sübut edib.

Bu helikopterlər suüstü və sualtı qayıqlara qarşı döyüş əməliyyatları aparmaqla yanaşı, havada doldurma, axtarış-xilasetmə və rabitə ötürmə də daxil olmaqla digər missiyaları yerinə yetirə bilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr