AZ

Deputat Müşfiqabad qəsəbəsində istilik problemindən DANIŞDI

"Təmsil etdiyim seçki dairəsi üzrə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən binaların istilik təchizatı ilə əlaqədar bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Bu qəsəbədəki yaşayış binalarının istiliklə binaların istiliklə təmin edilən qazanxananı qazla təchiz edən Bakı-Şamaxı yolunun kənarında yerləşən 800 metrə yaxın qaz xəttini yenidən çəkilməsi zərurəti yaranıb. Bu səbəbdən binaların qızdırılmasında müəyyən problemlər müşahidə edilib. Sözügedən problemlə əlaqədar məlumat əldə ediləndən dərhal sonra tərəfimizdən “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi ilə davamlı telefon əlaqəsi yaradılıb və məsələnin həlli istiqamətində lazımi dəstək göstərilməsi xahiş edilib".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Zaur Şükürov bildirdi.

Onun sözlərinə görə, həmçinin digər aidiyyatı qurumlarımıza müvafiq məktublar ünvanlanıb:

"Eyni zamanda məsələ ilə əlaqədar təşəbbüsümüzlə 18 dekabr tarixində həmin binaların 150-yə yaxın sakinləri ilə görüşümüz baş tutub. Bu məsələnin işıqlandırılması üçün həmçinin ictimai televiziya nümayəndələri və əvvəlki günlərdə qəsəbədə olublar. Təqdirə layiq haldır ki, “Azəristiliktəchizat” bu məsələdə son dərəcə məsuliyyətli və operativ davranıb, işçi qüvvəsi maksimum səfərbər edilib və nəticədə həmin qaz xəttinin çəkilməsi artıq yekunlaşmaq üzrədir. Ümid edirik ki, bir-iki günə “Azəristiliktəchizat” ASC tərəfindən binaların istiliklə təchizatı təmin ediləcəkdir".

Aminə ŞAHSUVARQIZI

Seçilən
71
1
redaktor.az

2Mənbələr