Bakı. Trend:
Qanunvericiliyə əsasən tikintiyə icazə verən yeganə səlahiyyətliorqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Lakinpraktikada yerli icra hakimiyyətlərinin rəyləri hələ də prosesəhəlledici təsir göstərir və bu layihələrin ələxsusda regionlardahəyata keçirilməsində müəyyən çətinlik yaradır.
Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentinbugünkü plenar iclasında deyib.
Millət vəkili bildirib ki, şəhərsalma siyasətinin institusionaltamamlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsininregional idarələri yaradılmalıdır:
“Tikinti və şəhərsalma ilə bağlı hazırda yerli icrahakimiyyətlərində olan rəy və texniki səlahiyyətlər birbaşa buregional idarələrə verilməlidir.
Bu regional idarələr Prezident İlham Əliyevin müəyyən etdiyişəhərsalma strategiyasını regionlarda icra edəcək, vahid memarlıqvə planlaşdırma standartlarını təmin edəcək, subyektiv və fərqliyerli yanaşmaları aradan qaldıracaq.Bu həm də mərkəzi idarəninyükünü azaltmış olacaq”.