AZ

Türkiyədə növbəti həbs dalğası başladı - "Qalatasaray"ın keçmiş idman direktoru saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Futbolda mərc istintaqı" çərçivəsində başda "Qalatasaray"ın keçmiş idman direktoru Erden Timur və 14 futbolçu olmaqla, ümumilikdə 29 şübhəliyə qarşı 11 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. 

Fanat.Az "Motomaç"a istinadən xəbər verir ki, əməliyyat zamanı Timur da daxil olmaqla, 24 şübhəli nəzarətə alınıb.

7 şübhəli 26 oktyabr 2024-cü ildə keçirilən "Kasımpaşa" - "Samsunspor" matçına şübhəli mərcə görə göz altına alınıb. 

"Qalatasaray"ın sabiq funksioneri isə mərclə bağlı qanunsuz maliyyə əməliyyatlarına görə görə həbs edilib. Onun bank hesabları araşdırılmış və (6222 saylı Qanunun 11-ci maddəsini, 5549 saylı Qanunu və 7258 saylı) qanunu pozan, bir-biri ilə əlaqəli şübhəli maliyyə əməliyyatlarında iştirakı müəyyən edilib.

Saxlanılanlar arasında "Eyüpspor"un vitse-prezidenti Fatih Kulaksız, futbolçular Bahattin Berke Dəmircan, Doğukan Çınar, Hamit Bayraktar, İsmail Akçay, İlkka İbrahim, Tufan Kelleci, TFF Xarici Əlaqələr və Milli Komandalar İnzibati direktoru Buğra Cem İmamoğulları və sair var. 

Seçilən
33
1
fanat.az

2Mənbələr