Bakı. Trend:
İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydasıtəsdiqlənib.
Trend xəbərverir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda risklər reyestrinin sahibi tərəfindən informasiyatəhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texnikivə təşkilati əsaslarına, risklərin qiymətləndirilməsinə, risklərinemalının təşkilinə və təmin olunmasına, reyestrlərin hüquqi şəxslərvə fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılmasına,habelə risklər reyestrinin sahibi və operatoru üçün həmin reyestrdəolan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatlarınaidiyyəti üzrə ötürülməsinə və onların yenilənməsinə dair tələblərnəzərdə tutulub.
Dövlət orqanları, dövlət adından yaradılan publik hüquqişəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin)nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər büdcətəşkilatları məsul olduqları informasiya məkanlarında informasiyatəhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin qarşısınınalınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyiriskləri reyestrinin yeni təsdiqlənən qaydanın tələblərinə uyğunformalaşdırılmasını təmin etməlidirlər.
Bundan başqa "İnformasiya məkanında informasiya təhlükəsizliyinəvə kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrətəsnifatlaşdırılmış toplusu"nun daxil edilməsi və daim yenilənməsiməqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin internet informasiya ehtiyatında "Təhdidlər və həllər"kataloqu yaradılacaq.