AZ

Xocavənddə 30 fərdi yaşayış evinin təmirinə 2 milyon xərclənəcək – Tender keçirilməyib

Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin (30 ev - 5700,00 m2) təmir işlərinə 1 988 029 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Ağdam, Füzuli və Xocavənd Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdir.

 

İcraçı isə “Layihə Bərpa Tikinti” MMC-dir.

 

İş icraçıya tender keçirilmədən verilib, yəni tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 26 Dekabr 2025, 11:53   
Seçilən
37
pravda.az

1Mənbələr