AZ

Azərbaycanın qərb bölgəsinə İLK QAR yağdı – FOTOLAR

Ölkənin Qərb bölgəsinin dağlıq rayonlarına ilk qar yağıb.

NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, ötən gecədən yağmağa başlayan yağış bu gün səhərdən qara çevrilib.

Göygöl, Daşkəsən, Gədəbəy və bəzi ucqar dağlıq ərazilərə qar yağıb.

Gəncə şəhərində sulu qar yağıb. Hazırda qarın narın-narın yağması davam edir.

Qarlı hava şəraiti hələ ki fəsadlar törətməyib.

Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur.

Seçilən
15
nocomment.az

1Mənbələr