AZ

Ramiz Mehdiyev kostyumlarını bu ölkədən alırmış

Prezident Administrasiyasının ev dustaqlığında olan sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı detal üzə çıxıb. Bu dəfə söhbət uzun illər Azərbaycan siyasi elitasında mühüm fiqur olmuş Ramiz Mehdiyevin geyindiyi brenddən gedir.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev geyimlərinin bir hissəsini Türkiyədən alırmış. Söhbət İstanbul şəhərində yerləşən tanınmış ticarət məkanlarından birindən gedir. Həmin ünvan Eminönü ərazisində yerləşən kişi geyim mağazasıdır.

Mağaza "Yusuf" kişi geyim mağazası kimi tanınır. Bu dükan Eminönü ticarət mərkəzində fəaliyyət göstərir. Mağaza həm yerli sakinlər, həm də xarici müştərilər arasında məşhurdur.

Məsələ ilə bağlı mağazanın əməkdaşı, milliyətcə çərkəz Atilla bildirib ki, zamanla Ramiz Mehdiyev geyimlərini məhz onlardan alıb.

Satıcının dediyinə görə, alışlar təsadüfi olmayıb. Ramiz Mehdiyev bu mağazadan davamlı şəkildə Azərbaycana geyim gətirdirmiş. Hətta alışların həcmi də diqqətçəkən olub. Belə ki, bir dəfəyə 50-yə yaxın kostyum və köynək alınıb.

Seçilən
11
11
publika.az

10Mənbələr