AZ

“Azərbaycan vətəndaşı bilməlidir ki, onu güclü ordu qoruyur” KOMİTƏ SƏDRİ

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq”.

Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.

“Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”, – Prezident qeyd edib.

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi “ayıq olmalı və daim güclü qalmalıyıq” çağırışı post‑münaqişə dövründə Azərbaycan üçün əsas strateji xətti ifadə edir:

“Dövlət başçısı bir daha nümayiş etdirir ki, sülh yalnız siyasi razılaşmalarla deyil, eyni zamanda güclü müdafiə potensialı və müasir ordu ilə təmin olunur.

Ümumiyyətlə, Prezidentin həyata keçirdiyi islahatların əsas mahiyyəti suverenliyin qorunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsidir. Bu rifahın davamlı şəkildə təmin olunması isə güclü orduya və yüksək potensiala malik dövlət modeli ilə birbaşa bağlıdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, hərbi sənaye kompleksinin inkişafı, müasir ordu quruculuğu, yeni texnika və texnologiyaların tətbiqi ilə yanaşı, bu sistemi idarə edə bilən peşəkar milli kadr potensialının yetişdirilməsi əsas prioritetlərdəndir.

Son illər hərbi quruculuğa yönəldilən ciddi sərmayələr həm regional risklərin qarşısının alınmasına, həm də mümkün təhdidlərə qarşı üstün mövqenin qorunmasına xidmət edir. Bu mesaj eyni zamanda daxili auditoriyaya ünvanlanır: Azərbaycan vətəndaşı bilməlidir ki, onu güclü ordu, xüsusi xidmət orqanları və hüquq-mühafizə strukturları qoruyur və bu istiqamətdə ardıcıl, məqsədyönlü addımlar atılır”.

Deputat qeyd edib ki, Azərbaycan yeni reallıqlar fonunda təhlükəsizlik anlayışını milli inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi qəbul edir:

“Sərhədlərimizdən uzaq olmayan bölgələrdə davam edən müharibələr bunun hansı ağır fəsadlara yol açdığını açıq şəkildə göstərir.

Müasir sülh konsepsiyası isə güc və diplomatiyanın balanslı şəkildə tətbiqinə əsaslanır. Yəni, sülh müqaviləsinin imzalanması və diplomatik təşəbbüslərlə paralel olaraq, bu sülhü qoruyacaq gücə — müasir silahlarla təchiz olunmuş, çevik və peşəkar orduya sahib olmaq zəruridir”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr