ain.az bildirir, sport24.az portalına istinadən.
"Neftçi" və "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, "Sport.ua" nəşrinin suallarını cavablandıran ukraynalı mütəxəssis işlədiyi klublarda qazandığı uğurlardan bəhs edib.O, 2014-2018-ci illərdə "Qəbələ"də işlədiyi dönəmə xüsusi toxunub:"Azərbaycan, Qazaxıstan və Belarusdan danışsaq… "Qəbələ" ilə çempion ola bilmədik, amma Avrokuboklarda yaxşı nəticələr əldə etdik. İki il ardıcıl Avropa Liqasının qrup mərhələsinə yüksəldik. Bu da inanılmaz bir sevinc idi".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.