AZ

Çində sürətli tunel istifadəyə VERİLİB

Ajans.az Xinhua xəbər agentliyinə istinadən xəbər verir ki,bu obyekt dünyanın ən uzun yüksək sürətli avtomobil magistral tuneli hesab olunur. Sincan Uyğur Muxtar Bölgəsində yerləşən tunel dağlıq ərazidə nəqliyyat hərəkətini əhəmiyyətli dərəcədə sürətləndirərək səyahət müddətini bir neçə saatdan təxminən 20 dəqiqəyə endirib. Tunel eyni gündə istismara verilən G0711 Urumçi–Yuli sürətli avtomobil yolunun tərkib hissəsidir. Sözügedən magistral Sincanın şimal və cənub hissələrində yerləşən şəhər aqlomerasiyalarını birləşdirən, ümumi uzunluğu 324 kilometr olan əsas nəqliyyat arteriyasıdır. Məlumata görə, layihənin tikintisi beş il davam edib və ümumilikdə 46,7 milyard yuan (təxminən 6,63 milyard ABŞ dolları) həcmində investisiya cəlb olunub. Tunelin maksimum dərinliyi 1,1 kilometrə çatır. Qeyd olunur ki, tunel yüksək seysmik aktivlik və ekstremal iqlim şəraiti ilə seçilən ərazidə yerləşir və 16 tektonik qırılma zonasından keçir. Mütəxəssislər bu layihəni Çinin mürəkkəb coğrafi şəraitdə iri infrastruktur layihələrinin icrası sahəsində mühüm nailiyyəti kimi qiymətləndirirlər.

 

Seçilən
37
Ajans.az

1Mənbələr