AZ

ABŞ Nigeriyadakı terrorçulara zərbə endirib - Tramp

"Mənim əmrim ilə Amerika ordusu Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı bir sıra zərbələr endirib".

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında açıqlama verib.

"Bu gün ABŞ Nigeriyada günahsız xristianları hədəf alan və vəhşicəsinə qətlə yetirən İŞİD terrorçularına qarşı güclü və ölümcül hücumlar həyata keçirib. Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək", - deyə Amerika lideri vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr