AZ

Ağdam, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salındı

AĞDAM, 26 dekabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qayıdış proqramına uyğun olaraqAğdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinənövbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailədə 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailədə 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailədə 48 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Seçilən
42
39
teleqraf.com

10Mənbələr