AZ

Türkiyidə terror aktı törətməyi planlaşdıran şəxs saxlanıldı

Yeni il ərəfəsində Türkiyədə terror aktı həyata keçirməyi planlaşdıran şəxs saxlanılıb. 
 
Moderator.az xəbər verir ki, saxlanılan şəxs İŞİD üzvü olub. 
 
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat nəticəsində İŞİD üzvü İbrahim Burtakuçini Malatyada yaxalayıb. Aparılan kəşfiyyat araşdırmaları göstərib ki, Burtakuçin Türkiyədə İŞİD adına fəaliyyət göstərib, fürsət düşdükdə döyüş bölgələrinə gedərək qrupla birləşmək istəyirmiş və Yeni il ərəfəsində Türkiyədə İŞİD üçün terror aktı həyata keçirməyi planlaşdırırmış.
 
Məlum olub ki, Burtakuçin həm ölkə daxilində, həm də xaricdə çoxsaylı İŞİD tərəfdarları ilə əlaqədə olub. MİT-in dəqiq araşdırmaları nəticəsində onun cari mövqeyi müəyyən edilərək əməliyyat planlaşdırılıb.
 
Evindən və rəqəmsal cihazlarından tapılanlar:
 
• İŞİD-ə aid proqramlar və yazılımlar
 
• İŞİD-in “bayrağı” və müxtəlif şəkillər
 
• Motivasiya məqsədli canlı bomba/fedai əməliyyatları üçün səs yazıları
 
• İŞİD üzvləri və rəhbərlərinə aid şəkillər və videolar
 
• Terror təşkilatı üzvləri ilə aparılan görüşlərin qeydləri 
 
MİT və DİN-in birgə fəaliyyəti sayəsində İŞİD-in Türkiyəyə qarşı terror planları pozulub, qrupun üzv qazanma fəaliyyəti ifşa olunub və mümkün terror aktlarının qarşısı alınıb.
 
Seçilən
74
1
moderator.az

2Mənbələr