AZ

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təşkilat komitəsindən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyası adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırırıq.

Sizin rəhbərliyiniz altında ölkəmiz çoxlu nailiyyətlər əldə etmişdir. Xüsusilə iqtisadiyyatın müxtəlif sahələrində inkişaf, eləcə də sosial infrastrukturun gücləndirilməsi Sizə olan inamı daha da artırmışdır. Uğurlu siyasətiniz beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu getdikcə gücləndirir.

Cənab Prezident, Sizə cansağlığı, xoşbəxtlik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da irəliləyəcək və xalqımızın rifahı üçün yeni gözəl imkanlar yaranacaqdır.

Hörmətlə,

Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təşkilat komitəsi:

Dr. İlhamə Cəfərli (təsisçisi və sədr)

Akademik İradə Hüseynova

Professor Səyyarə İbadullayeva

Professor Qərib Mürşüdov

Professor Kamran Məlikov

Professor Atilla Senaylı

Dr. Rəşad Hacıyev

Dr. Əsmər Cümşüdova

Dr. Ayna Verdiyeva

Dr. Aygün Bədəlova

Emin Cəfər

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr